Vaxt.Az

İlham Əliyev Həsən Ruhani ilə görüşüb


 

Azərbaycan prezidenti iranlı həmkarı ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib

İlham Əliyev Həsən Ruhani ilə görüşüb Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda İran prezidenti Həsən Ruhani ilə görüşüb. President.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə İran arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq ölkələrimizin və xalqlarımızın qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edilib. Münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
 





24.01.2014    çap et  çap et