Vaxt.Az

Elçibəyin qardaşı da qəzəbləndi


 

«İşləri yoxdur, getsinlər özlərinə iş tapsınlar»

Elçibəyin qardaşı da qəzəbləndi Bir müddət öncə Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev hazırda bir-biri ilə qalmaqal yaşayan AXCP və Müsavat Partiyasının funksionerlərini Elçibəyin adından istifadə etməməyə çağırmışdı. O, siyasi partiyalara öz işlərindən ötrü atasının adının hallandırılmasına qadağa qoymuşdu. Bütün bu qadağalara baxmayaraq, hələ də siyasi partiya funksionerləri mərhum prezidentin adını hallandırmaqda davam edirlər.
«Hələ ki, başım qarışıqdı, özün bu işlə məşğul olacağam». 
Modern.az-a açıqlama verən Almurad Əliyev belə deyib. Qardaşının ruhunun narahat edilməsini istəmədiyini deyən Almurad Əliyev özü bu işlə məşğul olacağını söyləyib:
«Ərturqut düz deyir. Təbii ki, bu məsələni belə qoymayacağam. İndi başım bəzi işlərə qarışıqdı. Başım açılan kimi bunun arxasınca düşəcəm. İşləri yoxdur, getsinlər özlərinə iş tapsınlar».
Xatırladaq ki, Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP ilə bu partiya arasında başlayan qalmaqal səngimək bilmir. Tərəflər bir-birini qarşılıqlı ittiham edir və arqumentlərini bəzən keçmiş mərhum  prezident Əbülfəz Elçibəy üzərində irəli sürürlər. Bu qalmaqalın iştirakçıları vaxtilə «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində  Əbülfəz Elçibəy əleyhinə dərc edilən yazıları da üzə çıxarıb sosial şəbəkələrdə yayırlar.
 





24.01.2014    çap et  çap et