Vaxt.Az

Prezident və birinci xanım Avropa çempionatında


 

İlham Əliyev və Mehriban Əliyeva Azərbaycanın Almaniya millisi ilə oyununu izləyiblər

Prezident və birinci xanım Avropa çempionatında Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin sonuncu yarış gününə Azərbaycan-Almaniya matçı ilə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın oyununa baxıblar.

Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20. Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq, böyük fərqlə qələbə qazanıb - 25:18. Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb – 25:21.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın qələbəsini alqışlayıblar.

 





30.09.2017    çap et  çap et