Vaxt.Az

Saakaşvili Odessa sakinləri ilə görüşüb


 

Keçmiş qubernatorun tərəfdarları ilə bir qrup gənc arasında qarşıdurma yaranıb

Saakaşvili Odessa sakinləri ilə görüşüb Odesaa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 30-da Odessa sakinləri ilə görüşüb. O, hazırkı şəhər meri Gennadi Turxanovu korrupsiya və bacarıqsızlıqda ittiham edib. Saakaşvilinin çıxışı onun «Facebook» səhifəsi ilə yayımlanıb.

«Ukrainskaya Pravda» nəşrinin məlumatına görə, Saakaşvilinin çıxışından əvvəl görüşün keçirildiyi ərazidə onun tərəfdarları ilə bir qrup gənc arasında qarşıdurma yaranıb.

Amma polis bunun qarşısını alıb.

Lvov vilayət məhkəməsi ötən həftə Mixail Saakaşvilini ölkə sərhədini qanunsuz keçməkdə təqsirli bilərək, ona 130 dollara yaxın cərimə kəsib.

Ukrayna prezidenti Petro Poroşenko bu ilin iyulunda ABŞ-da səfərdə olarkən Saakaşvilini vətəndaşlıqdan məhrum edib.

O, sentyabrın 10-da tərəfdarlarının dəstəyi ilə Polşa sərhədindən Ukraynanın Lvov şəhərinə keçib.

Hakimiyyəti korrupsiyaya qurşanmaqda ittiham edən Saakaşvili ölkədə islahatlar aparılmasını tələb edir.

Xatırladaq ki, Gürcüstan hökuməti də Saakaşvilinin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakaşvili ittihamları rədd edir.

Saakaşvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroşenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

 





01.10.2017    çap et  çap et