Vaxt.Az

Aktivlik 8 bal qiymətləndirilir


 

Bakının bu hissəsində seysmik təhlükə artdı

Aktivlik 8 bal qiymətləndirilir «Bakı şəhəri Səbayel rayonunda seysmik təhlükə səviyyəsi yüksəkdir». «Report» xəbər verir ki, bunu AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

Onun sözlərinə görə, Səbayel rayonunda ehtimal olunan seysmik təhlükə 12 ballıq şkala üzrə 8 bal qiymətləndirilir: «Rayonun bəzi ərazilərində seysmik təhlükənin səviyyəsi 9 bala qədər yüksəlir, həmin ərazilərdə qrunt suları vəziyyəti pisləşdirir. Rayonun Bayıl hissəsində tez-tez torpaq sürüşməsi olur. Güclü zəlzələ baş verərsə, ərazidə sürüşmə prosesi aktivləşə və dağıntının miqyasını artıra bilər».

Mütəxəssis qeyd edib ki, seysmik risk yüksək olan ərazilərdə riski aşağı salmaq üçün tədbirlər görülməlidir: «Yeni dayanıqlı binalar, obyektlər tikmək olar. Azərbaycanda seysmik riskin qiymətləndirilməsinə görə 8 bala qədər zəlzələ ola bilər».

 





04.10.2017    çap et  çap et