Vaxt.Az

«Biz Azərbaycana uduzduq»


 

Nikol Paşinyan: «Bəs indi nə edək?»

«Biz Azərbaycana uduzduq» Ermənistan Azərbaycanla hərbi balansı itirir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu «Yelk» fraksiyasının rəhbəri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vahimə içindədir: «Çünki Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti bildirir ki, Azərbaycanla hərbi balansı və bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyini və vasitəçiliyini itirib».

Deputat qeyd edib ki, Ermənistan ümumilikdə bütün təhlükəsizlik fəlsəfəsini itirib: «Çünki hər dəfə Rusiya Azərbaycana silah satır və biz o zaman sual veririk: biz nə edək? Cavabı isə sadədir. Yenidən Rusiya ilə zəif müqavilə imzalamağa gedək. Daha sonra Rusiya Türkiyəyə silah satır. Bəs indi nə edək? Gedək yenə də bizim suverenliyimizi daha da azaldan müqavilə imzalayaq?»

Erməni deputat xatırladıb ki, Rusiya artıq Türkiyəyə «S-400» sistemlərini satır: «Bunun yanında «İskəndər»lər oyuncağa çevriləcək», - deyə Paşinyan istehza ilə bildirib.

 





04.10.2017    çap et  çap et