Vaxt.Az

Nazirlər görüşdü


 

Həmsədrlər nazirlərlə ayrılıqda görüşüb

Nazirlər görüşdü Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov 23-24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri Edvard Nalbəndyan ilə ayrı-ayrılıqda görüşlər keçirmişdir. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat yayıb.
Danışıqlar zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu (substantiv), konkret və intensiv müzakirələr aparılmışdır. Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.
Bir sıra substantiv məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir.
 





24.01.2014    çap et  çap et