Vaxt.Az

ABŞ-da hasilat artdı


 

Neft bir gündə 2 dollar ucuzlaşdı

ABŞ-da hasilat artdı Dünya neft bazarında xam neftin qiymətlərində 2 dollara qədər ucuzlaşma qeydə alınıb.

APA TV-nin məlumatına görə, həftənin son satışlarında «Brent» markalı 57,16 dollara qədər bahalaşdıqdan sonra 55,22 dollara qədər ucuzlaşıb. Satışların son saatlarında bu markadan olan neft yenidən bahalaşaraq 55,52 dollardan satılıb.

Qərbi «Texas» nefti də dəyər itirib. «WTİ» nefti son 24 saat ərzində 50,73 dollardan 49,22 dollara qədər ucuzlaşıb. Hər iki marka arasında qiymət fərqi 6 dollardan çoxdur.

Bu, ABŞ-ın neft bazarında təsirinin artmadığını göstərir. Bu ölkədə neft quyularının sayı da azalıb. Son açıqlamaya görə, 2-6 oktyabr tarixlərini əhatə edən hesabat dövründə işlək quyu sayı 748-ə düşüb. Beləliklə, ABŞ-da son beş həftədə fəal quyuların sayında dördüncü dəfə azalma qeydə alınıb. Bununla belə ölkənin xam neft hasilatı artmaqdadır.

 





07.10.2017    çap et  çap et