Vaxt.Az

Payızda başlamaq üçün xeyirli vərdişlər


 

Sağlam qida, yaxşı yuxu, aktiv yaşam

Payızda başlamaq üçün xeyirli vərdişlər Yayın bitməsi ilə birlikdə sağlam həyata alışmaq və belə bir həyat tərzinə yiyələnmək üçün ən yaxşı vaxt başlayır. Bir çoxumuz həftənin böyük bir hissəsi işlədiyimiz üçün sağlam vərdişlərə öyrəşmək çətin olur. Belə vərdişləri həyat tərzinə çevirmək, tənbəllik və ziyanlı qidalanma vərdişlərindən uzaqlaşmaq üçün sizə bir neçə məsləhət hazırlamışıq.

Sağlam qidalanma – şübhəsiz ki, bu ən vacib qaydadır. Sağlam qidalar, meyvə və tərəvəz qəbul etmək sizin üçün gündəlik adət olmalıdır. Bu, sizin immunitetinizi gücləndirəcək və xəstələnmək riskinizi azaldacaq. Hər porsiyanı tədricən azaldaraq daha sağlam və uzun ömür yaşaya bilərsiniz.

Yaxşı yuxu – sürətli həyat tərzi 7-8 saatlıq yuxunun növbəti günə hazırlaşmaq üçün kifayət etmədiyi göstərə bilər. Hətta bəzən stress və digər faktorlar yuxuya getməyi çətinləşdirir. TV, telefon və elektronik əşyalarınızı söndürün və orqanizminizə ehtiyacı olan istirahəti verin.

Ailə və dostlar – araşdırmalar göstərir ki, sosial ətrafı olmadan vaxt keçirən insanların ürək xəstəliyinə tutulma riski yuxarıdır. Tək yaşamaq bir çox vaxt etiraf edilməsə belə ciddi zərərlərə yol aça bilir. Buna görə də bacardığınız qədər dostlarınız və ailənizlə birlikdə vaxt keçirməyə çalışın.

Aktiv yaşayın – yaş artdıqca fiziki olaraq aktiv qalmaq üçün müxtəlif yollarını axtarırıq. Uşaqlar üçün qaçmaq, tullanmaq, tərləmək normal olsa da böyüklər üçün bu nisbətən çətin gəlir. Xüsusilə də əgər işiniz uzun saatlar boyunca kompüter arxasında oturmağınızı tələb edirsə mütləq aktiv həyat tərzi üçün müxtəlif yollar axtarmalısınız.

Tibbi yoxlanış – imkan tapdığınız qədər həkimə ümumi yoxlanış üçün gedin. Nəyinsə pis olmağını gözləmək və sonra xəstəxanaya getmək düzgün deyil. Hər zaman öz sağlamlığınızın qayğısına qalın və bunun üçün işin professionallarından kömək alın.

Hər yeməkdən əvvəl su için – hər kəs su içməlidir, bu sadə faktdır. Lakin hər yeməkdən əvvəl bir stəkan su içdiyiniz təqdirdə siz yeməkdən tez doyacaq və aclığınızı tez yatışdırmış olacaqsınız.

 





09.10.2017    çap et  çap et