Vaxt.Az

...Broylerlərdən etiraz


 

1 faiz qazanc qarşılığında 10 faiz vergiyə...

...Broylerlərdən etiraz Təbrizdə toyuğun satış qiymətinə etiraz edən iş adamları kütləvi etiraz aksiyası keçiriblər. Aksiya oktyabrın 7-də Təbriz Şəhər İcra Hakimiyyəti binasının önündə baş tutub.

Etirazçılar böyük bannerlər nümayiş etdirərək Şərqi Azərbaycan valisini toyuq fermalarına dəstək verməyə çağırıblar.Yük avtomobilləri ilə aksiyaya qatılan çox sayda toyuq ferması sahibləri toyuğun satış qiymətinə yenidən baxılmasını tələb ediblər. Onlar toyuğun satışında 1 faiz qazanc qarşılığında 10 faiz vergi tutulmasını ədalətsizlik hesab edirlər.

 





09.10.2017    çap et  çap et