Vaxt.Az

CAS-da 2 işə baxılır


 

«Traktor» klubunun FİFA-dakı 7 dosyesi qapanıb

CAS-da 2 işə baxılır Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasında (FİFA) Təbrizin «Traktor» klubu üçün problem yaradan 7 dosye qapadılıb. Bu barədə «Traktor» Klubunun İctimaiyyətlə Əlaqələr Şöbəsi tərəfindən məlumat yayılıb.

«Klub FİFA-ya şikayət edən keçmiş məşqçi və oyunçularla onların tələbi ilə bağlı razılığa gəlib, sonra isə razılaşdırılmış məbləği ödəyib. Artıq Həmzə Yusif, Ayan Rəmzi və Ditmar Bikaya da olan borclar ödənilib», - deyə bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, «son ödənişlərin qəbzi artıq kluba çatıb və bununla da FİFA-da olan 7 dosye qapadılıb, bundan sonra ödənişlərlə əlaqədar klubu heç bir təhlükə gözləmir».

«Kardoso və Aqusto Sezarın dosyesinə isə İdman Arbitraj Məhkəməsində (CAS) baxılır, proses başa çatdıqdan sonra müəyyən edilən məbləğ klub tərəfindən ödəniləcək», - deyə açıqlamada vurğulanıb.

Son vaxtlar dövlət tərəfindən heç bir dəstək almayan «Traktor» klubu bir çox maliyyə problemləri ilə üzləşib, Lakin vəziyyətin yaxşıya doğru dəyişdiyi qeyd olunur. Hazırda Azərbaycan komandası super liqa yarışlarında 10 xalla (imtiyaz) turnir cədvəlinin 8-ci pilləsindədir.

 





09.10.2017    çap et  çap et