Vaxt.Az

REAL meriyadan üç yer istəyib


 

İki kinoteatr və bir mədəniyyət mərkəzi

REAL meriyadan üç yer istəyib Partiyaya çevrilmək qərarı verən Respublikaçı Alternativ (REAL) Hərəkatı 29 oktyabr qurultayına yer ayırması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Qurumun üzvü Azər Qasımlı Novator.az-a deyib ki, icra hakimiyyətindən paytaxtdakı «Təbriz», «Bakı» kinoteatrlarını və Əmircan qəsəbəsindəki mədəniyyət sarayını istəyiblər.

Azər Qasımlı bildirib ki, daha əvvəl yer üçün paytaxtdakı bir neçə hotelə müraciət etsələr də, müsbət cavab almayıblar.

REAL-çının dediyinə görə, qurultaya xarici qonaqlar dəvət olunmayıb: «Amma bir çox səfirin iştirakını gözləyirik. Yerli siyasi təşkilatlardan da qonaqlar olacaq».

2008-ci ildə yaradılmış REAL Hərəkatının partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında elan olunub.

REAL-ın 47 yaşlı lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

Nizamnamə layihəsində Respublikaçı Alternativ Partiyasının (qısa adı REAL Partiya olacaq) ali orqan kimi Məclis nəzərdə tutulub, partiyanın cari fəaliyyətinə isə İdarə Heyəti rəhbərlik edəcək.

 





13.10.2017    çap et  çap et