Vaxt.Az

Məşədi İbadın kitabı tapıldı


 

«Tarixi-Nadir» kitabının orijinal nüsxəsi Masallıdaymış

Məşədi İbadın kitabı tapıldı «Bakı» kinostudiyasının istehsalı olan «O olmasın, bu olsun» filmində əsərin qəhrəmanı Məşədi İbadın adını çəkdiyi məşhur «Tarixi-Nadir» kitabının orijinal nüsxələrindən biri 40 ilə yaxındır ki, Masallı rayonunun Ərkivan qəsəbəsində Həmid Məmmədovun evində qorunub saxlanılır.
AzərTAc-a xəbər verir ki, kitabın orijinal nüsxəsini qonşu Bədəlan kəndindən olan yaşlı kitab təmirçisi H.Məmmədovun atasına satıbmış. 163 yaşlı kitab hicri-qəməri təqvimi ilə 1272-ci il (1851) şaban ayının 9-da çapdan çıxıb. Fars dilində, nəstəli xətlə yazılmış «Tarixi-Nadir» kitabı 147 səhifədən ibarətdir.
 





26.01.2014    çap et  çap et