Vaxt.Az

«Prado»da gəzən silahlılar


 

Cinayətkarlar prezidentin keçmiş mühafizəçisi bıçaqladı, polisi isə «Vinçester»lə yaraladı

«Prado»da gəzən silahlılar Səbayel Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarını məlum olub (virtrualaz.org). Məlumatlı mənbələrdən saytımıza bildirilib ki, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu «Toyota Prado» avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki «Ruslan 93» idman kompleksinin yaxınlığında Orxan Axundzadə “Toyota Prado» avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə «Vinçester» markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Polis əməkdaşları ilə cinayətkarlar arasında atışma başlanıb. Cinayətkarlar aradan çıxmağı bacarıblar.

Səbail Rayon Polis İdarəsinin rəisi də hadisə yerinə gəlib. Hadisəni törədən cinayətkarların yaxalanması üçün müvafiq tədbirlər görülür.

 

***

 

12:25

Dünən axşam vaxtı metronun «İçərişəhər» stansiyası yaxınlığında naməlum cinayətkarın Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlaması barədə xəbər vermişdik. Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verdiyi bildirilirdi.

Onu da qeyd etmişdik ki, M.Mədətov ərizə ilə polisə müraciət edib.

Polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Məlumatlı mənbələrdən virtuaz.org-a bildiriblər ki, cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Səbayel Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

 





15.10.2017    çap et  çap et