Vaxt.Az

... «Heç kim heç kimə torpaq qaytaran deyil»


 

Rusiyada düşünürlər ki, ...

... «Heç kim heç kimə torpaq qaytaran deyil» Cenevrə görüşündə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ nizamlanması çərçivəsində daim müzakirə olunan ümumi məsələlərdən danışıblar. Sensasiya olmayıb, heç proqramda da birgə müzakirə bəndləri nəzərdə tutulmamışdı.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın «168 jam» qəzetinə müsahibəsində təhlükəsizlik və müdafiə, siyasət məsələləri üzrə rusiyalı analitik Qriqori Trofimçuk deyib.

«Hazırda sensasiya ancaq ondan ibarət ola bilər ki, Azərbaycan prezidenti bu mənasız danışıqlardan imtina etsin», - Trofimçuk əlavə edib.

Ekspert qeyd edib ki, əslində Qarabağda status-kvo ötən ilin aprelində dəyişib, Azərbaycan ordusu müəyyən əraziləri öz nəzarətinə alıb. «Hərçənd Ermənistan prezidenti həmsədrlərdən tələb edə bilərdi ki, bu məsələyə dair dəqiq mövqelərini bildirsinlər» ,- o bildirib.

Trofimçukun sözlərinə görə Cenevrə görüşündən Azərbaycanın gözlədiyi nəticə olmayacaq. «Heç kim heç kimə torpaq qaytaran deyil»-rusiyalı ekspert vurğulayıb.

 





19.10.2017    çap et  çap et