Vaxt.Az

SEPAH türk millətin düşünən beyinlərinə qəsd edir


 

Suriyada həlak olan güneylilərin böyük bir hissəsi tələbələr olub

SEPAH türk millətin düşünən beyinlərinə qəsd edir Keçən bir neçə ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Suriyada həlak olmuş əsgərlərinin azı 18-i Şərqi Azərbaycan vilayətindən olub. Bu yaxınlarda mətbuatda yayımlanan məlumata görə, həlak olan döyüşçülərdən 10-u Şərqi Azərbaycan universitetlərinin tələbəsi ikən Suriyaya göndərilib.

İnternet portalları bu məlumatı İranın Bəsic (yarım-hərbi könüllü milis qüvvəsi) Qüvvələrinin Şərqi Azərbaycan universitetləri üzrə məsulu Abdulla Şadiyə istinadən nəşr ediblər.

«Biz tələbəyə güvəndiyimiz zaman nəticəsini də almışıq. Vilayətimizdən verdiyimiz Hərəm Müdafiəçisi şəhidlərimizin də əksəriyyəti tələbələrdən olub», deyə Abdulla Şadi oktyabrın 16-da Təbrizdə keçirilən bir tədbirdə ifadə edib.

İran İslam Respublikası Suriya hökumət qüvvələri ilə çiyin-çiyinə döyüşən SEPAH qüvvələrini «Hərəm Müdafiəçiləri» adlandırıb, onların şiələrin müqəddəs məkanlarını qorumaq məqsədilə Suriyaya göndərildiyini bildirir.

 





19.10.2017    çap et  çap et