Vaxt.Az

Şəhidimiz var!


 

Əsgərimiz Cabbar Zeynalov sabah Saatlıda torpağa tapşırılacaq

Şəhidimiz var! Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub.

VAXT.AZ Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhid olan əsgər Zeynalov Cabbar Firudin oğludur.

Şəhid əsgərimiz Saatlı rayonunda torpağa tapşırılacaq. Saatlı Rayon İcra Hakimiyyətindən «Report»a verilən məlumata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.

Qeyd olunur ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.

Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir! Allah rəhmət eləsin!

 





22.10.2017    çap et  çap et