Vaxt.Az

«Bakı»yla oyun qumara qoyulub


 

Məşhur bukmeyker Rumıniya klubuyla əməkdaşlığı dayandırıb

«Bakı»yla oyun qumara qoyulub Hazırlığı İspaniyada davam etdirən «Bakı» bir neçə gün əvvəl Rumıniya «Styaua»sı ilə yoxlama oyununda üz-üzə gəlmiş, 2:0 hesablı qələbə qazanmışdı. Publika.az-a xəbər verir ki, Rumıniya klubu təmsilçimizlə yoxlama matçını qumara qoyub.
Rumıniya klublarının bukmeyker kontorları ilə əlbir işlədiyi, ya da oyunlarını çox vaxt qumara qoyması yeni xəbər deyil. Ancaq «Styaua»nın bu addımı dünyaca məşhur «Villiam Hill» bukmeyker kontorunun səbr kasasını daşırıb.
Böyük Britaniyanın bukmeyker kontoru «Bakı» ilə yoxlama oyunundan sonra «Styaua»nın oyunlarına öz əmsallarını açıqlamamaq qərarına gəlib. Bir sözlə, məşhur kontor Rumıniya klubu ilə əməkdaşlığa son qoyub.
 





27.01.2014    çap et  çap et