Vaxt.Az

«Məhkəməyə gedirəm»


 

Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər

«Məhkəməyə gedirəm» Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, o, vətəndaşlıqdan məhrum edilməsi barədə Ukrayna Prezidenti Administrasiyasından sənədləri alıb.

Virtualaz.org bildirir ki, bu barədə «İnterfaks-Ukrayna» xəbər yayıb.

Saakaşvili bildirib ki, bu qərardan məhkəməyə şikayət edəcək: «Mən bu gün və ya sabah məhkəməyə gedirəm. Nəhayət, biz vətəndaşlıq üzrə Prezident Administrasiyasından sənədləri aldıq. Və biz mənim vətəndaşlıqdan məhrum olunmağımdan şikayət edəcəyik».

Bundan əvvəl Ukraynanın Miqrasiya Xidməti bildirirdi ki, Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili ölkə ərazisindən çıxarıla bilər, çünki o öz hüquqi statusunun nizama salınması məsələsinə məhəl qoymur.

 





25.10.2017    çap et  çap et