Vaxt.Az

Qlobal istiləşmə qlobal köç yaradacaq


 

Avqust ayında baş verən Harvey qasırğası bir çox Texas sakinini evindən didərgin salıb

Qlobal istiləşmə qlobal köç yaradacaq «The İndependent» yeni elmi araşdırmaya istinadən yazır ki, qlobal istiləşməyə görə bir milyardadək insan yurdundan didərgin düşə bilər. «The Lancet» məcmuəsində dərc olunmuş hesabatda bildirilir ki, adamların hərəkəti və temperaturun yüksəlməsi ciddi sağlamlıq böhranı yaradacaq.

Qlobal istiləşmə ekspertləri bildirirlər ki, iqlimin ekstremal dəyişməsi və yağışların azalması artıq indidən insanları yurdlarından köç etməyə vadar edir.

Bu da qeyd olunur ki, Suriya münaqişəsi də miqrant böhranını son dərəcə kəskinləşdirib.

Həkimlər deyirlər ki, miqrasiya insanların, xüsusilə də uşaqların psixikasına mənfi təsir göstərir.

Ekspertlərin fikrincə hökumətlər bu miqyasda insan köçünün öhdəsindən gəlməkdə çətinlik çəkə bilərlər.

Ən acınacaqlı hal isə budur ki, qlobal istiləşmə ilə yanaşı həm də ekologiyanın çirklənməsi sürətlə davam edir.

«The Lancet» məcmuəsinin hesabatının hazırlanmasında 24 təsisat iştirak edib.

Hesabatda deyilir ki, qazıntı yanacağının yandırılması nəticəsində 1990-cı illərdən bəri ətraf mühitin çirklənməsi 11, 2 faiz artıb.

Sənəddə bu da bildirilir ki, 2000 və 2016-cı illər arasında dünya boyunca 46 təbii fəlakət baş verib.

Bu müddət ərzində 125 milyon adam ekstremal istilərə məruz qalıb.

Havanın istiləşməsi həm də ağcaqanadların daşıdığı xəstəliklərin geniş yayılmasına səbəb olur.

«The Lancet» hesabatının həmsədri professor Hax Montqomeri (Hugh Montgomery) deyib ki, bəşəriyyət qlobal istiləşməni hələ indi-indi hiss etməyə başlayıb.

 





31.10.2017    çap et  çap et