Vaxt.Az

Humanistlikdə birincilik davamı edir


 

Məşhur bəstəkarın müalicə xərcini Heydər Əliyev Fondu ödəyəcək

Humanistlikdə birincilik davamı edir Bəstəkar Tahir Əkbərin müalicə xərcləri Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fond tərəfindən ödəniləcək.

Bu barədə bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər məlumat verib. O bildirib ki, Tahir Əkbər 1 saylı Şəhər Kliniki Xəstəxanasından Respublika Diaqnostika Mərkəzinə köçürülüb.

«Tahirin vəziyyəti ağır olaraq qalır. Həkimlər çalışırlar ki, vəziyyəti stabil saxlasınlar. Müalicə xərclərini Mehriban xanım öz üzərinə götürüb. Ümidlə onun sağalacağını gözləyirik».

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər bir neçə gün öncə insult keçirib.

 





03.11.2017    çap et  çap et