Vaxt.Az

QMİ XİN-ə müraciət edəcək


 

Hacı Allahşükür Paşazadə Suriyada vuruşan azərbaycanlıların cəzalandırılmasını istəyir

QMİ XİN-ə müraciət edəcək Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini dövlət qarşısında qaldıracaq. ANS PRESS-in məlumatına görə, bu gün QMİ-də keçirilən iclasda şeyx əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, onların cəzalandırılmasının vacibliyini bildirdi:

«Ölkə daxilində və ya xarici ölkədə əlinə silah alan, silahlanaraq vuruşan hər bir kəs qanun qarşısında cavab verməlidir. Biz bu məsələni dövlət qarşısında qaldıracağıq və ümid edirik ki, dövlətimiz bu işdə bizimlə razılaşacaq. Biz QMİ olaraq Xarici İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Bu müraciətimizdə xaricdə cihad adı ilə vuruşan Azərbaycan vətəndaşları barədə məlumatlar verilməsini istəyəcəyik.

Biz bu gün elan etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq XİN-ə göndərəcəyik. Çünki bilirik ki, dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır».
Allahşükür Paşazadə radikal təriqətlərin azərbaycanlı gənclərin Suriyaya və digər ölkələrə cihad adı ilə göndərilməsinə qarşı mübarizə aparmaq üçün xüsusi bir qurumun yaradılmasının labüdlüyünü bildirdi: «Bu məsələlərə rəhbərlik edən bir qurum yaradılmalıdır və bu qurum rayonlarda, bölgələrdə maarifləndirmə işi ilə məşğul olmalıdır».

 





28.01.2014    çap et  çap et