Vaxt.Az

Allahşükür Paşazadəni hədələdirlər


 

Şeyxi vəhhabilərdən pul almaqda ittiham edirlər

Allahşükür Paşazadəni hədələdirlər Özünü «Fətullah Gülən sevdalıları» adlandıran qrupun elektron poçt ünvanından KİV-lərə, göndərilən məktubda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hədələnib. Buna səbəb isə şeyxülislam hacı Allahşükür Paşazadənin bu gün QMİ-nin Qazılar Şurasının iclasında bəzi təriqətlərin, o cümlədən nurçuların ünvanına səsləndirdiyi sərt fikirlərdir.

Özünü «Fətullah Gülən sevdalıları» adlandıran qrup bəyan edib ki, A.Paşazədənin nurçuların adını vəhhabilərlə bərabər çəkməsi onları qəzəbləndirib. «Fətullah Gülən sevdalıları» A.Paşazadəni xarici ölkələrdən, xüsusən də vəhhabilərdən Azərbaycanda məscid tikintisi üçün maliyyə almaqda günahlandırıblar.

 





28.01.2014    çap et  çap et