Vaxt.Az

«Qiymət artan sürətlə sabitləşir»


 

OPEC rəsmisi: «Qlobal neft ehtiyatlarında gözlə görülən azalma var»

«Qiymət artan sürətlə sabitləşir» Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Məhəmməd Barkindo, neft bazarının artan bir sürətlə yenidən sabitləşməkdə (tələb və təklif bərabər olmağa yaxınlaşır) olduğunu, qlobal neft ehtiyatı səviyyələrində gözlə görülən bir azalma baş verdiyini bildirib.

Abu Dabidə keçirilən enerji sektoru konfransında danışan Barkindo, həm neft sektorunun, həm də qlobal iqtisadiyyatın OPEC üzvü və üzvü olmayan istehsalçıların hasilatı azaltmalarından faydalandığını bildirib.

«Böhrana qarşı birgə addımlar neft sektoruna kömək oldu», deyə Barkindo bildirib.

Omanın neft naziri də Mart 2018-də sona çatacaq müqavilənin 2018-ci ilin sonuna qədər uzadılmasını gözlədiyi bildirib.

 





13.11.2017    çap et  çap et