Vaxt.Az

Mehriban Əliyevaya yeni köməkçi təyin edildi


 

Gündüz Kərimov kimdir?

Mehriban Əliyevaya yeni köməkçi təyin edildi Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya yeni köməkçi təyin edilib. Prezident Administrasiyasının rəsmi saytı xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Gündüz Kərimov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin olunub.

Gündüz Kərimov bu təyinatla xanım Əliyevanın dördüncü köməkçisi olub.

«Qafqazinfo» xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, «Baker McKenzie» və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Evlidir, iki övladı var.

 





14.11.2017    çap et  çap et