Vaxt.Az

«Bakı»da tunisli futbolçu?


 

Avropanın prestijli klublarında oynamış yarımmüdafiəçi 240 min avroya?!

«Bakı»da tunisli futbolçu? Premyer Liqada fasilənin bitməsinə və qış transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış «Bakı» yeni bir tunisli futbolçunu heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.

Məlumatda Belaid Ticaninin paytaxt klubu ilə bir mövsüm üçün 240 min avroya razılaşdığı bildirilir. Bundan başqa fransız mətbuatı yarımmüdafiəçinin bu keçidini gülməli adlandırıb.

Belə ki, «Paris» (Fransa), «İnter» (İtaliya), «Praqa» (Çexiya), PSV (Hollandiya), «Nürnberq» (Almaniya), «Hall Siti» (İngiltərə), APOEL (KİPR), «Union Berlin» (Almaniya), «Moreyrense» (Portuqaliya) və «Lokomotiv» (Plovdiv, Bolqarıstan) klublarının şərəfini qorumuş 26 yaşlı futbolçunun 240 min avro müqabilində transfer edilməsi Fransa mətbuatında böyük marağa səbəb olub.
 





29.01.2014    çap et  çap et