Vaxt.Az

Növbə tarixi binalara çatdı


 

Nərimanov rayonunda söküntü özbaşınalığı

Növbə tarixi binalara çatdı Bakının Nərimanov rayonunda «pilot layihə» adı altında köhnə binaların sökülərərək yerlərində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə yönələn, sakinlərin evlərində faktiki zorla köçürülməsi ilə müşayiət olunan xaotik kampaniya arxitektura binaları da hədəf alıb. Virtualaz.org xəbər verir ki, rayonun Tələt Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən, dövlət səviyyəsində tarixi tikili kimi qorunan beşmərtəbəli daş binaların söküntüsü gedir. Bu barədə redaksiyamıza sakinlər məlumat veriblər.Həmin binaların sakinləri evlərini tərk etməli olublar və kirayə mənzillərə köçüblər. Söküntünü Nərimanov rayon İcra Hakimiyyətinin qərarı əsasında heç kimin tanımadığı hansısa MMC aparır. Hansı ki, bu cür tikililəri sökmək üçün Nazirlər Kabinetinin xüsusi qərarı, dövlət komissiyasının rəyi olmalıdır. Lakin binaların dövlət tərəfindən qorunmasına məhəl qoymadan onları buldozerlərin qabağına veriblər.

Bu, Bakıda son illər müasirləşmə və abadlaşma adı altında çoxsaylı tarixi binaların darmadağın edilməsinin, şəhərin tarixi görkəminin silinməsinin davamıdır. İndiyədək Bakının «Sovetski» adlanan məhəlləsində, Füzuli küçəsində və digər yerlərində də 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində inşa edilmiş bir çox tarixi binalar sökülüb. Virtualaz.org yaxın vaxtlarda Tələt Şıxəliyev küçəsində tarixi binaların sökülməsi ilə bağlı geniş reportaj təqdim edəcək.

 





20.11.2017    çap et  çap et