Vaxt.Az

Araqones vəfat etdi


 

«Atletiko»nun əfsanəsi 75 yaşında dünyasını dəyişdi

Araqones vəfat etdi Futbol üzrə İspaniya millisinin keçmiş baş məşqçisi Luis Araqones dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, məşhur futbol mütəxəssisi 75 yaşında vəfat edib.

Luis Araqones məşqçilik karyerası dövründə «Atletiko», «Sevilya», Valensiya, «Barselona», «Betis», eləcə də, «Fənərbaxça» klublarını çalışdırıb. Məşqçilik karyerasında ən çox (14 il) «Atletiko» Madriddə çalışıb. İspaniyalı Madrid klubunda futbolçu karyerasını bitirər-bitirməz elə həmin cameədə da məşqçilik karyerasına başlayır və 6 il (1974-cü ildə qitələrarası kubok, 1976-cı ildə İspaniya Kral kuboku, 1977-ci ildə isə ölkə çempionu) bu görəvdə çalışır. Araqones 1 ildən sonra yenindən «Atetiko»ya qayıdır və bu dəfə 5 il (1985-ci ildə Kral Kuboku, elə həmin il İspaniya superkubok) görəvdə çalışır. 1991-ci ildə yenidən sevimli komandasının sükanı arxasına keçən Araqones bu dəfə iki davam gətirir (1991 Portuqaliya və İspaniya çempionları arasında keçirilən İberian kuboku). Qoca mütəxəssis 2001-ci ildə sonuncu dəfə sevimli komandasına qayıdanda Madrid klubu 2-ci liqadaydi. Elə həmin mövsümün sonunda Araqones 2-ci dvizionun çempionu olmaqla «Atletiko»nu La-Ligaya qaytardı. Araqonesin bütün yüksək titulları (Barselona kral kuboku (1988) və Avropa çempionluğu istisna olmaqla) «Atletiko» Madridlə bağlıdır. Futbolçu kimi Madrid klubunda üç dəfə İspaniya çempionu (1966, 1970, 1973) olub, iki dəfə isə kral kubokunu (1965, 1972) başı üəzrinə qaldırıb. Baş məçqçi kimi isə 1 ölkə çempionu, 3 Kral kuboku, 1 superkubok, 1 qitələrarası kubok, 1 İberian kuboku və 1 dəfə 2-ci dvizion qalibi adına yiyələnib. O, məşqçi kimi İspaniya millisini 2008-ci ildə Avropa çempionu edib.

Araqones ötən il futbol karyerasını başa vurduğunu elan etmişdi.

 





01.02.2014    çap et  çap et