Vaxt.Az

ASQ-də yenilik


 

Yeni birləşmələr yaradılır

ASQ-də yenilik Azərbaycan Silahlı Qüvvələrində (ASQ) yeni birləşmələr yaradılır. APA-nın məlumatına görə, bu, yenidən hazırlanan «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» qanun layihəsinin 1.0.3 maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, «Azərbaycan Respublikasının başqa silahlı birləşmələri – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları, yaxud onların strukturlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir».

Qanun layihəsi dekabrın 1-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

 





24.11.2017    çap et  çap et