Vaxt.Az

«O, xəstə küçükdür»


 

Trampdan ağır təhqirinə Moskva reaksiya verdi

«O, xəstə küçükdür» «O, xəstə küçükdür». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp Missuri ştatında ölkənin vergi islahatları ilə bağlı çıxışı zamanı bu sözləri Şimali Koreya lideri Kim Çen Inın ünvanına səsləndirib.

Yeni vergi siyasətini ABŞ iqtisadiyyatı üçün əvəzsiz plan adlandıran Ağ Ev rəhbəri nitqinin böyük hissəsini Pxenyana həsr edib.

Bundan əvvəl Kimi «balaca raket adam» adlandıran Tramp bu dəfə açıq təhqirə keçib.

ABŞ prezidenti bundan əvvəl də BMT tribunasından Şimali Koreyanı yer üzündən siləcəklərini bildirib.

Xatırladaq ki, Kim Çen In öz növbəsində Trampı «qoca dəli» adlandırmışdı və Vaşinqtonun təhdidlərinə layiqli cavab veriləcəyini demişdi.

İki ölkə arasında gərginlik Pxenyanın son raket sınağından sonra yenidən alovlanıb.

Bu arada Rusiya tərəfi baş verənlərə münasibət bildirib. Xarici işlər naziri Sergey Lavrov ABŞ-ı «Şimali Koreyanı yox etmək istəyirsinizmi?» sualına konkret cavab verməyə dəvət edib: «ABŞ müttəfiqi Cənubi Koreya ilə hərbi təlimlərə son vermir. Onlar dekabrda daha genişmiqyaslı təlimlərin başlayacağını elan edib. Hesab edirəm ki, bu davranış Kim Çen Inın məsuliyyətsiz addım atmasına rəvac verən ən böyük səbəbdir».

 





30.11.2017    çap et  çap et