Vaxt.Az

«Vəziyyətdən çıxa bilməyəcək»


 

«AzSığorta» çətinliklərlə üzləşir

«Vəziyyətdən çıxa bilməyəcək» «AzSığorta» ASC yeni biznes strategiyasının hazırlanmasına başlayıb. Bu barədə «Fitch» beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilir ki, yeni strategiya zəif iqtisadi şəraitə cavab olaraq həyata keçirilir:

«AzSığorta» hal-hazırda rəqəmsallaşma vasitəsilə biznes proseslərinin optimallaşdırılması, xərclərin azaldılması və innovasiya ilə öz sığorta məhsullarının diversifikasiyasına çalışır. Buna baxmayaraq, düşünürük ki, bu strategiya uğurla həyata keçirilə bilməyəcək. Fikrimizcə, şirkət bazarda stabil mövqe tutmaq və strateji addımların atılması ilə bağlı çətinliklərlə üzləşir».

Agentliyin mütəxəssisləri bildirir ki, şirkət səhmdarlarına 2016-cı ilin mənfəətindən həmin il və 2017-ci ilin III rübündə müvafiq olaraq 22 faiz və 48 faiz həcmində dividend ödəyib: «Rəhbərliyin qərarından belə başa düşürük ki, şirkət kapitallaşmanı qorumaq üçün dividendlərin həcmini azaltmağa qərar verib. Bu qərar biznesin restrukturizasiyası çərçivəsində şirkətə dəstək olacaq».

Qeyd edək ki, «AzSığorta» 2017-ci ilin III rübünü 4,8 milyon manatlıq zərərlə başa vurub. (APA)

 





01.12.2017    çap et  çap et