Vaxt.Az

«Bitcoin» birjaları çökdü...


 

... Kriptovalyuta kəskin ucuzlaşdı!

«Bitcoin» birjaları çökdü... Həftənin əvvəlində 11400 dollar ilə tarixinin ən yüksək dəyərinə çatan «Bitcoin», 2000 dollardan çox dəyər itirərək 9200 dollaradək geriləyib.

«Coinbase» və «Gemini» birjaları, kripto pulun dəyərini 11000 dolların üzərində çıxarmasının ardından çöküblər və bir çox istifadəçi Bitcoin alqı-satqı əməliyyatları edə bilməyib.

Lüksemburqda yerləşən «Bitcoin» birjası «Bitstamp» ilə «Coinbase»in peşəkar «Bitcoin» ticarəti platforması GDAX-ın çökməsi kriptovalyutanın dəyərinin düşməsinə səbəb olub.

2012-ci ildən bu yana 50 milyard dollar dəyərində kripto pul transferinə ev sahibliyinə edən «Coinbase», «Bitcoin» qiymətinin 11000 dolları keçəndən sonra istifadəçilərin GDAX-ə axın etdiklərini və bu səbəblə sistemin «axsadığını» açıqlayıb.

Bəzi istifadəçilər sistemə giriş edə bilməyiblər, giriş edənlər isə çox ləng işlədiyini müşahidə ediblər.

2015-ci ildə qurulan və dünyanın ən böyük «Bitcoin» birjalarından olan «Gemini»isə servis xidmətini dayandırmaq məcburiyyətində qalıb.

 





01.12.2017    çap et  çap et