Vaxt.Az
«Bacara bilməyəcəklər»
Ərdoğan: «ABŞ Türkiyəni diz çökdürməyə çalışır»
«Baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırılmağa çalışır». Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.Pulunu verənin PKK terror təşkilatından istifadə etdiyini
söyləyən R.T.Ərdoğan Türkiyədə etnik və dini mənsubiyyətinə görə heç kimin təzyiqlə
üzləşmədiyini bildirib. Türkiyəni bölməyə çalışanlara qarşı qətiyyətlə mübarizə
aparıldığını və aparılacağını bəyan edən R.T.Ərdoğan həmişə kürdlərin
hüquqlarını müdafiə etdiyini, hətta Suriyaprezidenti Bəşər Əsədlə münasibətlərinin
yaxşı olduğu zamanlar kürdlərin hüquqlarının qorunmasını istədiyini bildirib:
«Yaxud Türkiyə İraqdakı, Suriyadakı zülmləri görməzdən gələ bilərdimi? Biriləri
öz günlük maraqları üçün zalımlarla birgə ola bilər, amma biz bunu edə bilmərik.
Biz bunlarla bağlı ssenarilərə qoşulmadığımız, baş əymədiyimiz üçün ABŞ bizi
mühakimə etməyə, etibarsızlaşdırmağa çalışır. Ssenari bəllidir, bunu əlaltıları,
FETÖ terror təşkilatı ilə birlikdə edirlər. Bizi bu oyuna sala bilməyəcəksiniz.
PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar. Hazırda
ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədrindən də eyni məqsədlə
istifadə edirlər. Millətimiz bilsin ki, bu oyunların heç bir bir-birindən ayrı
deyil. Məqsədləri Türkiyəni diz çökdürməkdir. İstədikləri qədər çalışsınlar,
bacara bilməyəcəklər».
03.12.2017 çap et