Vaxt.Az

Dollar kreditlərinin 19 faizi problemlidir


 

AMB statistik hesabat açıqladı

Dollar kreditlərinin 19 faizi problemlidir Bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 889,6 milyon manat və yaxud bütün kreditlərin 15,55 faizi qədər olsa da, milli və xarici valyutalar üzrə bu nisbət fərqlidir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, kredit qoyuluşunun 58,9 faizi və yaxud 7 153,2 milyon manatı Azərbaycan manatı ilə həyata keçirilib. Bunun isə 13,2 faizi və yaxud 945 milyon manatı problemlidir.

Hesabat tarixinə, əsasən ABŞ dolları ilə xarici valyutada həyata keçirilən kreditləşmənin məbləği isə 4,999 milyon manat təşkil edib ki, bunun da 18,9 faizinin və yaxud 944,6 milyon manatının vaxtı keçib.

Yeri gəlmişkən, problemli kreditlərin məbləği milli və xarici valyutalar üzrə demək olar ki, eynidir.

 





11.12.2017    çap et  çap et