Vaxt.Az

Saakaşvili öz ölümündən danışdı


 

«Prezidentin də necə öləcəyini göstərəcəm»

Saakaşvili öz ölümündən danışdı Mixail Saakaşvili onu həbsxanaya qaytaracaqları təqdirdə yenidən aclıq aksiyasına başlayacağını deyib. Ukrayna KİV-i xəbər verir ki, o, məhkəmə zalında 2 dövlət himnini də ifa edib.

«Mən qorxmuram. Mən prezidentin necə işləyəcəyini göstərdiyim kimi, onun necə öləcəyini də göstərəcəm. Əgər məni həbsxanaya qaytarsalar, sona qədər aclıq edəcəm. Amma heç də hər kəs bu qətlin necə baş verdiyini bilməyəcək».

O, Ukrayna xalqında azadlıq eşqini heç kəsin söndürə bilməyəcəyini deyib.

Dekabrın 11-də Ukraynada məhkəmə müxalifət lideri Mixail Saakaşvili barəsində qətimkan tədbiriylə bağlı qərarını verməlidir.

Saakaşvilinin «Facebook» səhifəsində qeyd olunub ki, o, Peçerski rayon məhkəməsinə gətirilib.

Saakaşvili dekabrın 8-də axşam saxlanılıb. Daha öncə, dekabrın 5-də tərəfdarları onu polis maşınından çıxarmışdı.

 





11.12.2017    çap et  çap et