Vaxt.Az

İlham Əliyev Soçiyə gedir


 

12-ci Qış Olimpiadasının açılışı olacaq

İlham Əliyev Soçiyə gedir Azərbaycan prezidenti İlham Əliyev Soçidə keçiriləcək Qış Olimpiadasında iştirak edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu «Veçernaya Moskva» qəzetinə verdiyi müsahibədə bildirib.

«Hazırda Soçi Olimpiadasının açılışı üçün bizim prezident İlham Əliyev gəlməyə hazırlaşır. Bununla əlaqədar çoxsaylı protokol görüşləri və tədbirlər gözlənilir» - deyə P.Bülübüloğlu bildirib. Onun sözlərinə görə, hazırda dövlət başçısının səfəri çərçivəsində keçiriləcək görüşlərlə bağlı qrafik hazırlanır. 

Azərbaycan Soçidə  keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti (Rusiya) və xizəkçilər Patrik Brahner (Avstriya), Sedrik Notz (İsveçrə) və Qaya Bassani Antivaridir (İtaliya).

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.

 





05.02.2014    çap et  çap et