Vaxt.Az

«Qeydlərimi bölüşəcəyəm»


 

Ramiz Mehdiyevin «Facebook»da ilk statusu: «Prezident ciddi tapşırıqlar verdi»

«Qeydlərimi bölüşəcəyəm» Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezident İlham Əliyevin Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə keçirdiyi görüşlə bağlı fikirlərini bölüşüb. Vaxt.az xəbər verir ki, administrasiya rəhbəri rəsmi facebook səhifəsində prezidentin vacib tapşırıqlar verdiyini qeyd edib:

«Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilib. Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bu günü və gələcək inkişafına həsr olunub. Cənab Prezident çıxışında son beş ildə regionlarda görülən və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi. Bu barədə «facebook» səhifəmdə bəzi qeydlərimi bölüşəcəyəm».

 





05.02.2014    çap et  çap et