Vaxt.Az

Reket «iş başında» tutuldu


 

Onun üzərindən narkotik də çıxıb

Reket «iş başında» tutuldu Bakı sakinini hədələyərək pulunu almaq istəyən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 11-i saat 13:20 radələrində A.Mustafayev küçəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Qasımov Bakı şəhər sakini Elnur Tağıyevə bıçaqla hədə-qorxu gələrək pul almaq istəyərkən Nəsimi RPİ 20-ci PB və Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.

F.Qasımovdan 0,773 qram tiryək aşkar olunaraq götürülüb.

 





12.02.2014    çap et  çap et