Vaxt.Az

Milyarderdən villa istədi


 

Azərbaycanlı müğənni özünü daha yaraşıqlı adlandıraraq Telman İsmayılova təklif verdi

Milyarderdən villa istədi Azərbaycanlı iş adamı İST Telman İsmayılovun rusiyalı müğənni Nikolay Baskova villa hədiyyə etməsi müğənni Həmid Sultanı da həvəsləndirib.

Lent.az-ın məlumatına görə, H.Sultan özünün rusiyalı müğənnidən gözəl olduğunu səbəb gətirərək T. İsmayılovdan hədiyyə istəyib: “Mən özüm də rusiyalı müğənni Nikolay Baskovun pərəstişkarıyam. Amma gələcəkdə özümü ondan yuxarı zirvədə görmək istəyirəm. Onunla müqayisədə özümü daha üstün sayıram. Hətta yaşca ondan daha cavan, görünüşcə daha maraqlıyam. Düşünürəm ki, bizim milyonçularımız öz müğənnilərimizə dəstək olsalar, bizdə Rusiya və Türkiyə ulduzları kimi zirvədə ola bilərik. Çox istərdim ki, Telman İsmayılov mənə də villa hədiyyə etsin”.

Qeyd edək ki, T.İsmayılov bir sıra qadın və kişi müğənnilərə, sənət adamlarına himayədarlıq etməsi ilə ad çıxarıb.

 

 





12.02.2014    çap et  çap et