Vaxt.Az

Afrində İran barmağı


 

«Hizbullah»ı bölgəyə Qasım Süleymaninin göndərdiyi iddia olunur

Afrində İran barmağı Əsədə bağlı milis güclərinin və İran dəstəkli «Hizbullah»ın Afrinə girmə cəhdinin arxasından İran İnqilab Mühafizəçiləri Korpusunun Yaxın Şərq üzrə komandiri Qasım Süleymani çıxıb.

Avropa.info xəbər verir ki, «Hizbullah» və Əsədə bağlı milis güclərinin əsl hədəfinin Afrin deyil, 4 ildir ki, müxaliflərin nəzarətində olan məhbusu Fua və Kefreya kəndləri olduğu bildirilir.

Türkiyənin «Yeni Şəfəq» qəzetinə danışan ASO komandirlərindən olan Muhanne Ceffale Afrinə hücum əmrinin Qasım Süleymani tərəfindən verildiyini deyib.

«Onların əsl hədəfi Fua və Kefreya kəndləridir. «Hizbullah» və digər milis gücləri oraya çatmaq üçün Afrində PKK-dan istifadə edəcək. Layihəni idarə edən şəxs isə generalı Qasım Süleymanidir».

Qeyd edək ki, iki gün öncə bir qrup Əsəd tərəfdarı olan İran dəstəkli şiə milis gücü Afrinə girməyə cəhd edib. Bir qismi irəliləyən konvoyun bir qismi isə U dönüşü ilə Afrin sərhədindən qayıdır. İrəliləyən milislərə Türkiyə ordusunun havadan zərbə endirməsi nəticəsində onlar da geri dönmək məcburiyyətində qalıb.

 





22.02.2018    çap et  çap et