Vaxt.Az

«Türkiyə-ABŞ müharibəsi başlayacaq»


 

İngilis mətbuatı: «Atəşkəs üvəqqəti xarakter daşımaqdan kənara çıxmır»

«Türkiyə-ABŞ müharibəsi başlayacaq» «Suriyadakı əməliyyatlar zamanı yol veriləcək ən kiçik bir səhv belə NATO üzvləri arasında müharibənin başlanması ilə nəticələnəcək».

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirlər «Financial Times» qəzetinin məqaləsində yer alıb. Yazıda İŞİD-in məhvinin yaxınlaşdığı ilə paralel olaraq qlobal güclərin Suriyada nüfuz müharibəsi apardığı da qeyd olunub.

Bildirilib ki, Türkiyənin etirazlarına rəğmən PYD/YPG-ni dəstəkləyən Vaşinqtonun bu siyasətinə son qoymaması bölgədə genişmiqyaslı müharibəyə səbəb olacaq.

Məqalədə Rusiyanın Suriya siyasətinə də toxunulub: «Ötən il Rusiya prezidenti Vladimir Putin əminliklə İŞİD üzərində qələbəni elan edəcək qədər əmin idisə, son hadisələr nəticəsində Suriyadakı vəziyyətin nəzarətdən çıxması bu əminliyin yanlış olduğunu göstərdi. BMT-nin atəşkəslə bağlı qərarı təqdirəlayiq olsa da, müvəqqəti xarakter daşımaqdan kənara çıxmır».

Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriya hakimiyyətinə hərbi müdaxilə təhdidlərindən narahatlıq ifadə edib. O bildirib ki, BMT Suriyada atəşkəs elan edilməsinə dair 2401 nömrəli qətnaməyə riayət olunmasına nəzarət etməlidir: «Suriya hakimiyyətinə qarşı fikirlərin səslənməsi ilə paralel olaraq Vaşinqtonun anti-Rusiya əhvalı, habelə genişmiqyaslı hərbi əməliyyatların başlanacağı ilə bağlı ciddi narahatlıq var. Bunlar beynəlxalq hüquqa ziddir».

 





26.02.2018    çap et  çap et