Vaxt.Az

«Liverpul» Azərbaycana gəlir


 

Qəbələdə Beynəlxalq Kubok keçiriləcək

«Liverpul» Azərbaycana gəlir Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək 3-cü Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq dəvət alan daha bir klub - İngiltərə «Liverpul»u turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.

Xatırladaq ki, buna qədər «Fənərbaxça» (Türkiyə) və «Lokomotiv» (Moskva, Rusiya) III Qəbələ Kubokunda iştirak  barədə rəsmi razılıq vermişdi.  29 may – 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.

 





12.02.2014    çap et  çap et