Vaxt.Az

Nokianın yeni modelləri


 

«Polad kimi möhkəm» «8 Sirocco» və «nostalji hissi oyadan» «Matrix 8110» təqdim olunub

Nokianın yeni modelləri Nokia brendi altında smartfonlar istehsal edən Finlandiyanın «HMD Global» şirkəti istehlakçılara yeni Android modellərini təqdim edib. Onların arasında «Nokia 8 Sirocco» və «Nokia Matrix 8110» modelləri xüsusi marağa səbəb olub.

Şirkətin bildirdiyinə görə, «Nokia 8 Sirocco» satışa aprel ayında çıxarılacaq və qiyməti $921 olacaq.

Bu model «Qualcomm 835» prosessoru və «Android Oreo» əməliyyat sistemi ilə işləyir.

Smartfonun çərçivəsi və gövdəsi poladdan hazırlandığından istifadəçilər bu telefonu şalvarın arxa cibində əyilə biləcəyindən narahat olmadan gəzdirə bilərlər.

«Matrix 8110» modeli daha sadə və ucuzdur, smartfonun dizaynı 1990-ci illərin nostalji oyadan sürüşən qapaqlı Nokia telefonlarını xatırladır.

«Kai» əməliyyat sistemi ilə işləyən bu smartfonda mobil tətbiqlərdən yalnız «Google Assistant», «Google Maps» və «Facebook» olacaq, lakin «Twitter», «Snapchat» və «WhatsApp» kimi tətbiqlər olmayacaq.

Bununla belə, şirkətin bildirdiyinə görə, istifadəçilər telefonun «4G GSM» şəbəkəsində işləməsi və qiymətinin 97 dollar olacağından razı qalmalıdırlar.

Eyni zamanda HMD daha üç yeni Android smartfonlarını təqdim edib: «Nokia1», «Nokia6» və «Nokia7+», lakin ən çox maraq doğuran məhz «8 Sirocco» və «Matrix 8110» modelləri olub.

 





26.02.2018    çap et  çap et