Vaxt.Az

«Tufandan öncəki sakitlik»


 

Dünya valyuta birjasında günə baxış

«Tufandan öncəki sakitlik» Bu gündən başlayaraq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcək, önəmli statistik məlumatların açıqlanması gözlənilir.

Maliyyə bazarlarında dalğalanma cari həftənin başlaması ilə zəifləyib, lakin bu gələcək günlər ərzində açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi sakitlikdir.

Belə ki, təkcə çərşənbə gününə kimi bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın istehlak dövriyyəsi, çərşənbə günü saat 11:00-da Türkiyənin xarici ticarət dövriyyəsi, 14:00-da Avrozonadan inflyasiya və saat 17:30-da ABŞ-ın iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaq.

Hal-hazırda dünya valyuta birjalarında avronun qiyməti 1.23 dollar, funt sterlinqin qiyməti 1.39 dollar və dollar/lirə məzənnəsi isə 3.78TL-a ticarət edilir və açıqlanacaq fundamental göstəricilər fonunda ticarət aktivliyinin artması gözlənilir.

 





27.02.2018    çap et  çap et