O, Afrin əməliyyatına toxunub və Türkiyə hökumətinə xəbərdarlıq edib: «BMT Təhlükəsizlik Şurası (TŞ) keçən həftənin bazar günü humanitar yardımların bölgəyə çatdırılması üçün 30 gün müddətində Suriyada atəşkəs elan etdi. Afrində Türkiyə Silahlı Qüvvələrinə (TSQ) »Zeytun budağı« əməliyyatını davam etdirməzdən öncə, BMT TŞ-nın 15 ölkəsinin qəbul etdiyi atəşkəs qərarını yenidən oxumağı məsləhət görürəm. Atəşkəs bütün Suriya ərazisi üçün keçərlidir. Atəşkəs qətnaməsinə yalnız İŞİD, Əl-Qaidə, Əl-Nusra kimi qruplaşmalara qarşı əməliyyatlar aid deyil».
Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) isə çıxarılan qərarın sivil insanların öldürüldüyü ərazilərə şamil olunduğu bəyan edilib: «Bu qərar Suriyada Əsəd rejiminin öz xalqına qarşı yönəltdiyi vəhşiliyə qarşı verilib və «Zeytun budağı» əməliyyatına heç bir aidiyyəti yoxdur. Türkiyə Afrində PYD/YPG terror qruplaşmalarına qarşı mübarizə aparır. Keçən həftə isə Suriya hökumət qüvvələri Şərqi Qutada yüzlərlə sivil insanı qətlə yetirib».
Bəyanatda vurğulanır ki, Türkiyə Suriya böhranında münaqişə tərəflərindən biri deyil: «Türkiyənin Afrində keçirdiyi əməliyyatı BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadədir. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqının yanında olacaq və öz üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək».