Vaxt.Az

NATO ekspertləri Bakıdadır


 

Təhsil üzrə nümayəndələr Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

NATO ekspertləri Bakıdadır Bakıda Azərbaycan ilə NATO-nun təhsil üzrə ekspertlərinin görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu gün, fevralın 28-də yaydığı məlumatına görə, görüş hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən düzənlənir.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüş işçi məzmun daşıyır.

Tədbirdə «Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı» çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilib.

Eləcə də cari il üzrə planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.

 





28.02.2018    çap et  çap et