Vaxt.Az

Nəhəng bankın qərarı «Bitcoin»i bahalşdırdı


 

Kriptovalyuta 1000 dollar dəyər qazanıb

Nəhəng bankın qərarı «Bitcoin»i bahalşdırdı ABŞ-ın «Circle» şirkətinin əsas kriptovalyuta birjalarından olan «Poloniex»i alması «Bitcoin»in qiymətinin 11 000 dollara qədər yüksəlməsinə səbəb olub. Alqı-satqı əqdinin qiyməti 400 milyon dollar təşkil edib.

Qeyd edək ki, «Circle» startap layihəsi ABŞ-ın nüfuzlu «Goldman Sachs» investisiya bankı tərəfindən dəstəklənir. Əvvəllər «Circle» platforması «Bitcoin»ə dəstək verən təkcinahlı ödəniş sistemi və öz mobil əlavəsi olan «Circle Pay» ilə tanınıb. Bu platformada blokçeyn texnologiyasından istifadə olunur.

Xatırladaq ki, qərarın açıqlanmasından sonra «Bitcoin»in qiyməti 10 000 dollar səviyyəsindən 11 000 dollara qədər yüksəlib.

 





28.02.2018    çap et  çap et