Vaxt.Az

Yenə milyardlar gələcək


 

Almaniya Azərbaycanın zamini oldu

Yenə milyardlar gələcək Azərbaycandan qaz təchizatının təminatı üçün Almaniya hökuməti Azərbaycan dövlət müəssisəsinin alman bankından alacağı iri məbləğdə kreditə zəmanət vermək niyyətindədir.

Virtualaz.org Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə AFR Maliyyə Nazirliyinin parlament stats-katibi Yens Şpanın Bundestaqın büdcə komitəsinin sədri Peter Böringerə ünvanlandığı məktubda deyilir.

Borcun məbləği 1,5 milyard dollar təşkil edir.

«Bu qaz təchizatı Avropanın və Almaniyanın qazla təminatına əhəmiyyətli fayda verəcək», - Şpanın məktubunda deyilir.

«E. on» energetika konserni hələ 2013-cü ildə Azərbaycanla Xəzər dənizindəki qaz yatağından təbii qazın təchizatı ilə əlaqədar uzunmüddətli müqavilə bağlayıb. Saziş özündə alman şirkəti tərəfindən 2020-2044-cü illər ərzində 1,45 milyard kub metr «mavi yanacağ»ın alışını ehtiva edir.

 





06.03.2018    çap et  çap et