Vaxt.Az

Prezident hökuməti istefaya göndərdi


 

Səlahiyyətlər, müvəqqəti olaraq, köhnə tərkibə verildi

Prezident hökuməti istefaya göndərdi Prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin üzvləri ilə bağlı sərəncam imzalayıb. Vaxt.az-ın məlumatına görə, sərəncamda deyilir:“Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

 





18.04.2018    çap et  çap et