Vaxt.Az

“Bu günə qədər danışmağı sevirdim ...”


 

Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”

“Bu günə qədər danışmağı sevirdim ...” “Vacib və ehtiyac olan sahələrdə birgə islahatlar aparacağıq”. Bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: “Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Mən çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram”.

Novruz Məmmədov, “Bu günə qədər danışmağı sevirdim. Görünür, artıq bundan sonra başqa bir sahəyə keçmək lazımdır, daha çox işləmək lazımdır” deyib.

O bildirib ki, Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir: "Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”.

N.Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə, onun namizədliyini təsdiq etdiyi üçün Milli Məclisə minnətdarlığını bildirib.

 





21.04.2018    çap et  çap et